Səhifə yüklənir. Bir az gözləyin...
  • Bizimlə əməkdaşlıq uğurun təməlidir.

    TETRADA MMC həkim və əczaçılara yüksək keyfiyyətli və müxtəlif çeşidli məhsullar təklif etməklə onların işini asanlaşdırır, bir növ uğur qazanmalarının təminatçısı olur.

  • TETRADA MMC

    İnsanların sağlamlığı bizim sevincimizdir Məlumat: Sağlamlığın qorunması və bərpasında yaxından iştirak etməyi özünə hədəf seçən TETRADA MMC müştəri məmnunluğunu əsas götürür və bütün fəaliyyətini bu istiqamətdə qurur.

Şəffaflıq

Tetrada MMC

Stabillik

Tetrada MMC

Effektlik

Tetrada MMC

Novatorluq

Tetrada MMC

Xəbərlər
Dünya səhiyyə təşkilatından xəbərdarlıq...

Dünya Səhiyyə Təşkilatı fevralın 27-də yayımladığı araşdırmada bildirir ki, eşitmə qabiliyyətinizi qorumaq üçün musiqiyə gün ərzində bir saatdan çox olmamaq şərti ilə qulaq asmaq lazımdır. Təşkilatın hesablamasına görə, hazırda dünyada 1.1 milyard insan müsiqiyə daha uca səslə və çox qulaq asdıqları üçün eşitmə qabiliyyətini itirmə təhlükəsi altındadır. Məlumata görə barlarda və konsert proqramlarında olan uca səs əsil təhlükədir. Rəqəmlərə görə yaşları 12-35 olan 43 milyon insan bu təhlükələr ucbatından eşitmə qabiliyyətini itirmişdir, və bu rəqəm getdikcə artmaqdadır. Bu rəqəmin böyük hissəsi isə inkişaf etməkdə olan ölkələrdəki şəxsi audio cihazlarla (qulaqcıqlarla) musiqiyə qulaq asanların payına düşür. Hesabatda həmçinin bildirilir ki, Amerika gəncləri arasında eşitmə qabiliyyətinin sonradan itirilməsi faizi əgər 1994-cü ildə 3.5% idisə, 2006-ci ildə bu rəqəm 5.3% olmuşdur

Liberiyada məktəblər yenidən açılmağa başlayı...

Afrikada ebola virusunun ən çox yayıldığı yerlərdən biri olan Liberiyada virusun geniş yayıldığı vaxtlar bağlanan məktəblərin bir çoxu artıq yenidən açılıb. Bir neçə ay bundan öncə mualicə mərkəzləri olaraq istifadə olunan məktəblər yenidən müəllim və tələbələrin ixtiyarına verilsə də, Liberiya höküməti tədbiri əldən buraxmayaraq məktəb girişlərində yoxlamaları davam etdirir. Yoxlamalar bədən temperaturuna əsasən aparılır və şübhəlilər dərhal xəstəxanalara yönləndirilir. Xatırladak ki, ölümcül virus 9000-ə qədər insanın həyatına son qoymuşdu. Xəstəliyin geniş yayıldığı daha bir ölkə - Qvineyada isə məktəblər bir ay əvvəl artıq fəaliyyətə başlamışdı.

Körpələrdə yuxusuzluq problemi

Körpələrin bir çoxu uyğunlaşmaya çətinliyi çəkpır. SİA-nın xəbərinə görə, bunların bir çox səbəbi ola bilər. Aclıq, qaz sıxışması, fərq edə bilmədiyiniz bir narahatlıq və s. Əgər bütün şərtlər normaldırsa, uşağınız yenə də yatmamaq üçün dirəşə bilər. Körpə ana qarnında olan vəziyyətə alışdığı üçün dünyaya gəldikdən sonra adaptasiya olmaqda çətinlik çəkə bilər. Hamilə ikən doğumunuzun son aylarına doğru gündüzləri körpənizin hərəkətlərini ümumiyyətlə hiss etməzsiniz. Çünki hərəkət halındasınız və ana rəhmindəki körpə beşik kimi hərəkət halında olduğu üçün yatar. Ümumiyyətlə yelləyərək yuxuya getmələrinin asan olmasınında səbəbi budur. Gündüz uyğunlaşmaya çətinliyidə çəkməzlər. Gecələridə körpələr xasiyyətsiz və narahatdır. Bununda səbəbi gündüz hərəkət halında olan ana gecələri uzanıb, yatdığında körpənin daha rahat hərəkət etməsini asanlaşdırar. Körpə anadan olduqdan sonra bu nizama alışdığı və gecə gündüz anlayışınıda bilmədiyi üçün gecələri yatmaqda çətinlik çəkə bilər. Bunun üçün səbirli olmaq və bir çox fərqli üsul sınayaraq xüsusilə gecələri uyğunlaşmaya vərdişinə tapşırığınız lazımdır. Çünki günortan yuxusu qədər gecə yuxusuda, sizində istirahət edib daha məhsuldar olmanız xaricində, körpənizin inkişafı üçün çox əhəmiyyətlidir! Çoxu körpə axşamları bir yerdən dönüşdə avtomobildə yuxuya gedər. Bununda təbii ki bir səbəbi var. Avtomobilin içindəki səs və hərəkətlər, ana qarınında körpənin eşitdiyi səs və hərəkətlərin eynisidir. Körpəniz özünü etibarda və alışdığı vəziyyət mühitində hiss edib yatmaqda çətinlik çəkməz. Budur sizə bir təklif! Gecələri yatmayan bir körpə sahibsinizsə və birdə avtomobiliniz varsa, 1-2 həftə boyunca gecələri, eyni saatda gəzməyə çıxarıb hava qaraldıqdan sonra yatması lazım olduğu vərdişini uşağınıza tapşırığa çalışa bilərsiz.

Şirkət yenilikləri
Keçidlər
»   Himalaya.az
Rəhbərdən mesaj

Sağlam bədəndə sağlam ruh olar! (Platon) Xoş gördük, hörmətli izləyicilərimiz. Sizləri TETRADA MMC heyəti və şəxsən öz adımdan salamlayıram. Bildiyimiz kimi, bəşər tarixi qədər qədim olan əczaçılıq elmi min illərdir ən çətin anlarda insanların yanında olmuş, tibbi bilik və üsulları ilə müxtəlif xəstəliklərin müalicəsində yaxından iştirak etmişdir. Bəşər övladı hər sahədə olduğu kimi, əczaçılıq istiqamətində də daim axtarışlar aparmış, bu sənəti, bu elmi yeni-yeni kəşf və biliklərlə zənginləşdirmişdir. Qədim Mesopotomiya, Misir və Hindistan əczaçılığın beşiyi olmuş, orta əsrlərin başlanğıcında Yaxın Şərqin məşhur alimləri (xüsusən, türk, ərəb, və fars) bu sahəni xeyli inkişaf etdirmiş (İbn Sinanın “Tibbin qanunu” əsəri 5 əsr Qərbin stolüstü kitabı olmuşdur) və nəhayət, son dövrlərdə zəngin ənənədən faydalanan Avropa böyük uğurlara imza atmışdır. Qədim və orta əsrlərdə əczaçılıq sənəti dərmanların hazırlanması və xəstəliklərin müalicəsini özündə birləşdirirdi, yəni əczaçı eyni zamanda peşəkar həkim, Şərqlilərin dili ilə desək, Loğman idi. O Loğman ki, Şərq mədəniyyətində həm həkim idi, həm də müdrik insan sayılırdı, yəni vücudla yanaşı ruhun da təbibi idi. Nəhayət, elm və texnologiyanın inkişafı, biliklərin dərinləşməsi və zənginləşməsi elmlərin daxilində diferensiasiyanı gücləndirmiş, bir çox sahələr kimi, əczaçı və həkim peşələri də bir-birindən ayrılmışdır. Hətta dünyanın qloballaşması və böyük şirkətlərin istehsalla birlikdə elmi-tədqiqat müəssisələri funksiyasını yerinə yetirməsi fonunda bu sahənin marketinq istiqaməti də meydana gəlmişdir.

Şükürəli Cəfərov

Tetrada Komandası

5-ci mkr., 20 Yanvar küç. 14
+99412 430 80 51, +994 12 431 05 41, +994 12 431 59 24, +994 12 431 02 37