Səhifə yüklənir. Bir az gözləyin...
  • Bizimlə əməkdaşlıq uğurun təməlidir.

    TETRADA MMC həkim və əczaçılara yüksək keyfiyyətli və müxtəlif çeşidli məhsullar təklif etməklə onların işini asanlaşdırır, bir növ uğur qazanmalarının təminatçısı olur.

  • TETRADA MMC

    İnsanların sağlamlığı bizim sevincimizdir Məlumat: Sağlamlığın qorunması və bərpasında yaxından iştirak etməyi özünə hədəf seçən TETRADA MMC müştəri məmnunluğunu əsas götürür və bütün fəaliyyətini bu istiqamətdə qurur.

  • Dabur Vatika Xina

    .

  • Müdrik insan ölüm haqqında deyil,həyat haqqında düşünməlidir

    .

  • Sağlam həyat,mənalı ömür

    Tetrada MMC

Şəffaflıq

Tetrada MMC

Stabillik

Tetrada MMC

Effektlik

Tetrada MMC

Novatorluq

Tetrada MMC

Xəbərlər
StarLab Tibb Mərkəzinin rəsmi açılışı olmuşdu...

11 mart 2016 cı il tarixində StarLab Tibb Mərkəzinin rəsmi açılış mərasimi olmuşdur. 50 yə yaxın qonağın iştirak etdiyi tədbirdə Azərbaycanın tanınmış səhiyyə xadimləri, mərkəzin kollektivi və digər qonaqlar da iştirak etmişlər. Tədbirdən fotoşəkillərlə facebook səhifəmizdə tanış ola bilərsiniz.

StarLab Tibb Mərkəzi mobil tibbi xidmətlər tə...

StarLab Tibb Mərkəzi tezliklə daha bir xidmətini istifadəyə verəcəkdir. Pasiyentlərimizin rahatlığını təmin etmək məqsədilə evdə və ya iş yerində tibbi xidmətlərimizi sifariş edə bilərsiniz. Peşəkar tibbi heyətimiz olduğunuz yerə gələrək sizi müayinə edəcək, konsultasiya aparacaq, analizlərinizi toplayacaq və ya ehtiyac olduğu zaman manipulyasiya xidmətləri göstərəcəkdir. Veb səhifəmizə daxil olaraq mobil tibbi xidmət sifariş edə biləcəksiniz.

StarLab Tibb Mərkəzi pulsuz həkim məsləhəti a...

StarLab tibb mərkəzinin açılışı münasibətilə sizi açılış kampaniyamıza dəvət edirik. Kampaniya ərzində bütün həkim konsultasiyaları pulsuzdur. Bundan başqa bütün tibbi və laborator xidmətlərimizə 20% endirim tətbiq etdik. Kampaniya 14 aprel 2016 tarixinədək davam edəcək.

Keçidlər
»   Himalaya.az
»   Starlab.az
Rəhbərdən mesaj

Sağlam bədəndə sağlam ruh olar! (Platon) Xoş gördük, hörmətli izləyicilərimiz. Sizləri TETRADA MMC heyəti və şəxsən öz adımdan salamlayıram. Bildiyimiz kimi, bəşər tarixi qədər qədim olan əczaçılıq elmi min illərdir ən çətin anlarda insanların yanında olmuş, tibbi bilik və üsulları ilə müxtəlif xəstəliklərin müalicəsində yaxından iştirak etmişdir. Bəşər övladı hər sahədə olduğu kimi, əczaçılıq istiqamətində də daim axtarışlar aparmış, bu sənəti, bu elmi yeni-yeni kəşf və biliklərlə zənginləşdirmişdir. Qədim Mesopotomiya, Misir və Hindistan əczaçılığın beşiyi olmuş, orta əsrlərin başlanğıcında Yaxın Şərqin məşhur alimləri (xüsusən, türk, ərəb, və fars) bu sahəni xeyli inkişaf etdirmiş (İbn Sinanın “Tibbin qanunu” əsəri 5 əsr Qərbin stolüstü kitabı olmuşdur) və nəhayət, son dövrlərdə zəngin ənənədən faydalanan Avropa böyük uğurlara imza atmışdır. Qədim və orta əsrlərdə əczaçılıq sənəti dərmanların hazırlanması və xəstəliklərin müalicəsini özündə birləşdirirdi, yəni əczaçı eyni zamanda peşəkar həkim, Şərqlilərin dili ilə desək, Loğman idi. O Loğman ki, Şərq mədəniyyətində həm həkim idi, həm də müdrik insan sayılırdı, yəni vücudla yanaşı ruhun da təbibi idi. Nəhayət, elm və texnologiyanın inkişafı, biliklərin dərinləşməsi və zənginləşməsi elmlərin daxilində diferensiasiyanı gücləndirmiş, bir çox sahələr kimi, əczaçı və həkim peşələri də bir-birindən ayrılmışdır. Hətta dünyanın qloballaşması və böyük şirkətlərin istehsalla birlikdə elmi-tədqiqat müəssisələri funksiyasını yerinə yetirməsi fonunda bu sahənin marketinq istiqaməti də meydana gəlmişdir.

Şükürəli Cəfərov

Tetrada Komandası

5-ci mkr., 20 Yanvar küç. 14
+99412 430 80 51, +994 12 431 05 41, +994 12 431 59 24, +994 12 431 02 37