Səhifə yüklənir. Bir az gözləyin...

   Xidmətlərimiz


 Tetrada MMC  tanınmış beynəlxalq şirkətlərin istehsal etdiyi məhsulların 100-ə yaxın çeşidini ölkəmizə gətirib müasir standartlara cavab verən anbarlarda tədarük edir.


Tetrada MMC xarici ölkələrdən əsasən 4 növ tibbi məhsul idxal edir:

1. Dərman preparatları

2. Bioloji aktiv əlavələr (BAƏ)

3. Tibbi ləvazimatlar

4. Bitki mənşəli təbii kosmetik vasitələr



Tetrada şirkəti idxal etdiyi dərman preparatlarını, BAƏ və tibbi ləvazimatları Bakı şəhəri üzrə 4, bölgələr üzrə 5 ekspeditor-satış qrupu vasitəsilə respublikamızın bütün apteklərinə (əczaxanalarına) çatdırır. Buna paralel olaraq təcrübəli əczaçılar vasitəsilə əhali və əczaxanaların məlumatlandırılmasını həyata keçirir.


Kosmetik vasitələrin Bakı şəhəri üzrə satış nöqtələrinə çatdırılması isə əlavə olaraq 2 ekspeditor-satış qrupu vasitəsilə təşkil olunur. Qeyd edək ki, başlıca olaraq insan sağlamlığına və müştəri məmnuniyyətinə xüsusi dəyər verən  Tetrada MMC təbii kosmetik vasitələrin idxalı sahəsində də xüsusi çəkiyə malikdir. Belə ki, şirkətin idxal etdiyi təbii kosmetik vasitələr məşhur firmaların “əli işi” olması və yüksək keyfiyyətdə hazırlanması ilə, ən əsası da sintetik mənşəli preparatlardan deyil, təbii bitkilərdən istehsal edilməsi ilə seçilir.


Tetrada MMC sağlamlıq amilinin son dərəcə əhəmiyətli olduğunu nəzərə alaraq təcili sifariş xidməti də təklif edir: birbaşa və əczaxanalar vasitəsilə istənilən dərman növünün və kosmetik vasitənin sifarişi qəbul edilir, vaxtında və sərfəli qiymətlərlə ünvana çatdırılır. Sifariş olunmuş məhsulların əczaxanalara və xəstəxanalara operativ çatdırılması üçün sürücü və ekspeditorlardan ibarət servis xidməti  fəaliyyət göstərir.


Tetrada MMC sağlamlığın keşiyindədir…