Səhifə yüklənir. Bir az gözləyin...
  • Bizimlə əməkdaşlıq uğurun təməlidir.

    TETRADA MMC həkim və əczaçılara yüksək keyfiyyətli və müxtəlif çeşidli məhsullar təklif etməklə onların işini asanlaşdırır, bir növ uğur qazanmalarının təminatçısı olur.

  • TETRADA MMC

    İnsanların sağlamlığı bizim üçün hər şeydən üstündür. Sağlamlığın qorunması və bərpasında yaxından iştirak etməyi özünə hədəf seçən TETRADA MMC müştəri məmnunluğunu əsas götürür və bütün fəaliyyətini bu istiqamətdə davam etdirir.

  • Dabur Vatika Xina

    .

  • Müdrik insan ölüm haqqında deyil,həyat haqqında düşünməlidir

    .

  • Tibbdən faydalı incəsənət yoxdur.

    Tetrada MMC

Şəffaflıq

Tetrada MMC

Stabillik

Tetrada MMC

Effektlik

Tetrada MMC

Novatorluq

Tetrada MMC

Xəbərlər
Novofertil

Novofertil - kişilərdə reproduktiv funksiyanın yaxşılaşdırılmasına yönəldilmiş bioloji fəal maddələr, vitaminlər, amin turşuları və mikroelementlər kompleksidir. Unikal tərkibi hesabına spermanın qatılığını, eyakulyatın həcmini, spermatozoidlərin ümumi hərəkətliyini, normal quruluşlu spermatozoidlərin miqdarını artırır. Novofertil bioloji fəal maddələr, В6, B12, С, D3, Е vitaminləri, fol turşusu, sink, mis və selen çatışmazlığını aradan qaldırır. Sink, mis, fol turşusu, В6, В12 və E vitaminləri spermatozoidlərin yetişməsini və onların fəaliyyətini yaxşılaşdırır. İstifadəsinə göstərişlər - kişi ekskretor-toksiki, sekretor və idiopatik sonsuzluğu; - oliqo-, asteno-, terato-, nekrozoospermiya; - varikosel; - kişilərdə testosteron səviyyəsinin azalması; - libidonun azalması; - potensiyanın aşağı düşməsi; - erektil disfunksiya; - piylənmə, artıq çəki, ateroskleroz zamanı normal reproduktiv funksiyanın dəstəklənməsi; - köməkçi reproduktiv texnologiyalara hazırlıq. Özünüzü Novofertil ilə əmin hiss edin!

Nabros foot krem

Ayaq (daban, pəncə, diz) dərinizin quruluğu sizi narahat edir? Dərinizdə çatlar əmələ gəlir? Nabros foot kremin (Heel) güclü yumşaldıcı, nəmləndirici, təmizləyici təsirə malikdir. Onun istifadəsi dərinin bioloji funksiyalarının bərpasına şərait yaradır və nəmliyini tənzimləyir. Ayaqlarınızdan utanmayın - Nabros Foot cream (Heel) istifadə edin!

StarLab Tibb Mərkəzinin rəsmi açılışı olmuşdu...

11 mart 2016 cı il tarixində StarLab Tibb Mərkəzinin rəsmi açılış mərasimi olmuşdur. 50 yə yaxın qonağın iştirak etdiyi tədbirdə Azərbaycanın tanınmış səhiyyə xadimləri, mərkəzin kollektivi və digər qonaqlar da iştirak etmişlər. Tədbirdən fotoşəkillərlə facebook səhifəmizdə tanış ola bilərsiniz.

Keçidlər
»   Himalaya.az
»   Starlab.az
Rəhbərdən mesaj

Sağlam bədəndə sağlam ruh olar! (Platon) Xoş gördük, hörmətli izləyicilərimiz. Sizləri TETRADA MMC heyəti və şəxsən öz adımdan salamlayıram. Bildiyimiz kimi, bəşər tarixi qədər qədim olan əczaçılıq elmi min illərdir ən çətin anlarda insanların yanında olmuş, tibbi bilik və üsulları ilə müxtəlif xəstəliklərin müalicəsində yaxından iştirak etmişdir. Bəşər övladı hər sahədə olduğu kimi, əczaçılıq istiqamətində də daim axtarışlar aparmış, bu sənəti, bu elmi yeni-yeni kəşf və biliklərlə zənginləşdirmişdir. Qədim Mesopotomiya, Misir və Hindistan əczaçılığın beşiyi olmuş, orta əsrlərin başlanğıcında Yaxın Şərqin məşhur alimləri (xüsusən, türk, ərəb, və fars) bu sahəni xeyli inkişaf etdirmiş (İbn Sinanın “Tibbin qanunu” əsəri 5 əsr Qərbin stolüstü kitabı olmuşdur) və nəhayət, son dövrlərdə zəngin ənənədən faydalanan Avropa böyük uğurlara imza atmışdır. Qədim və orta əsrlərdə əczaçılıq sənəti dərmanların hazırlanması və xəstəliklərin müalicəsini özündə birləşdirirdi, yəni əczaçı eyni zamanda peşəkar həkim, Şərqlilərin dili ilə desək, Loğman idi. O Loğman ki, Şərq mədəniyyətində həm həkim idi, həm də müdrik insan sayılırdı, yəni vücudla yanaşı ruhun da təbibi idi. Nəhayət, elm və texnologiyanın inkişafı, biliklərin dərinləşməsi və zənginləşməsi elmlərin daxilində diferensiasiyanı gücləndirmiş, bir çox sahələr kimi, əczaçı və həkim peşələri də bir-birindən ayrılmışdır. Hətta dünyanın qloballaşması və böyük şirkətlərin istehsalla birlikdə elmi-tədqiqat müəssisələri funksiyasını yerinə yetirməsi fonunda bu sahənin marketinq istiqaməti də meydana gəlmişdir.

Şükürəli Cəfərov

Tetrada Komandası

5-ci mkr., 20 Yanvar küç. 14
+99412 430 80 51, +994 12 431 05 41, +994 12 431 59 24, +994 12 431 02 37