Səhifə yüklənir. Bir az gözləyin...

 

                   Sağlam bədəndə sağlam ruhda! (Platon)   




                       
                                       
TETRADA MMC-nin rəhbərliyindən.

 

 

 


 

 

 
Salam əziz oxucular! Sizi kollektiv adından, TETRADA MMC və öz adımdan salamlayıram.
Bildiyimiz kimi, bəşəriyyətin min illik tarixində bir elm kimi əczaçılıq, ən çətin vəziyyətlərdə, müxtəlif xəstəliklərin müalicəsində tibbi bilik və tibbi üsullardan istifadə edib. Digər sahələrdə olduğu kimi, farmakologiyada da bəşəriyyət daim axtarışda, tədqiqatda olmuş və zaman keçdikcə farmakologiyanı yeni kəşflər və biliklərlə zənginləşdirmişdir. Qədim Mesopotamiya, Misir və Hindistan farmakologiyanın baniləri olmuş, orta əsrlərin əvvəllərində Yaxın Şərqin məşhur alimləri (xüsusən də türk, ərəb və fars) bu sahədə biliyi əhəmiyyətli dərəcədə təkmilləşdirmişlər (qeyd edək ki, “İbn Sinanın "Tibb" əsəri 5 əsr ərzində Qərb ölkələrində təbabətin istinad bələdçisi olmuşdur) və, sonrakı əsrlərdə bu biliklərdən istifadə edərək Avropa bu sahədə böyük uğurlara imza atmışdır.
Qədim və orta əsrlərdə əczaçı ixtisası dərmanların hazırlanması ilə xəstəliklərin müalicəsini birləşdirib, yəni əczaçı həm də peşəkar həkim və Şərqin dili ilə desək, loğman , şəfaçı olub. 
Şərq sənətində şəfaçı həm həkim, həm də müdrik insan sayılırdı, yəni bədənimizin, ruhumuzun həkimi idi. Nəhayət, elm və texnikanın inkişafı nəticəsində bir çox elm sahələrində olduğu kimi, əczaçı peşəsinin də həkimlik peşəsindən ayrılması baş verdi. İri şirkətlərin və tədqiqat institutlarının yaradılması nəticəsində marketinq kimi bir sahə meydana çıxdı. Şərqin bir hissəsi sayılan və bir çox dərman bitkilərinin vətəni olan Azərbaycan əczaçılıq sənayesinin inkişafı üçün bütün ilkin şərtlərə malikdir. Lakin Sovet İttifaqı dövründə dərman preparatlarının, tibbi ləvazimatların istehsalı, marketinq və digər sahələr dövlətin inhisarında idi, bu sahədə başqa dövlətlərlə əməkdaşlıq etmək mümkün deyildi, tələb və təklif sərbəst şəkildə tənzimlənmirdi. Ölkənin müstəqilliyinin elan edilməsi və azad iqtisadi sistemin yaradılması əczaçılıq fəaliyyətinin inkişafı üçün yeni imkanlar açdı. 
TETRADA MMC bu imkanlardan istifadə edərək bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq qurmuş və əczaçılıq sahəsində fəaliyyətə başlamışdır. Bildiyiniz kimi, Avstriya, İsveçrə, Bolqarıstan, Koreya, Hindistan, Rumıniya, Çin kimi ölkələr dərman, tibbi ləvazimatlar, kosmetika istehsalında böyük uğurlar qazanıblar və demək olar ki, təbabətin hər bir sahəsində, təcrübəli mütəxəssislər və ən yaxşı texnologiyalar ilə tanınırlar. İndi bir çox ölkələrdə şirkətlər tədqiqat institutu kimi fəaliyyət göstərir, iri layihələri maliyyələşdirir və innovasiyaların istehsalata tətbiqində iştirak edirlər. Belə şirkətlərlə əməkdaşlıq, ölkəyə keyfiyyətli malların idxalı və digər sahələrdə birgə layihələrin gələcəkdə həyata keçirilməsi, əhalinin tibbi tələbatının ödənilməsində mühüm rol oynayır.  Bu gün xarici ölkələrdən beynəlxalq keyfiyyət standartlarına cavab verən dərman vasitələri, tibbi ləvazimatlar və kosmetika məhsullarının idxalında yeni sahə olan şirkətimiz, onları respublikanın bütün şəhər və rayon mərkəzlərinə çatdırır, dərman vasitələrinin xüsusiyyətləri barədə əhalini məlumatlandırır. Şirkətimizin əsas məqsədi sağlamlığınızın qeydinə qalmaq və tibbi  ehtiyaclarınızı ödəməkdir. TETRADA MMC həm təcrübəli işçiləri, həm də həqiqətən fəxr etdiyimiz məhsulları ilə hər zaman xidmətinizdədir. İnsan üçün ən qiymətli iki hədiyyədən biri vaxt, digəri isə sağlamlıqdır. Sağlamlığınız və imanınız varsa, zənginsiniz. Bizim fəaliyyətimiz birbaşa sağlamlığın bərpasına və qorunmasına yönəlib. Əsas məqsədimiz həm xidmət, həm də məhsulun keyfiyyəti ilə ölçülən müştəri məmnuniyyətidir. Ona görə də sizin təklif və iradlarınız bizim üçün çox önəmlidir. Şirkətimiz həm bu günə qədər, həm də gələcəkdə öz fəaliyyətini sizin rəy, təklif və ideyalarınız əsasında qurmaq istəyir. Vaxt ayıraraq şərh və təkliflərinizi e-poçt ünvanımıza göndərməklə bizə kömək edəcəksiniz.
 
 
 
Sağlam olun!